"Özümü böyük və güclü hiss edirəm, amma burada balaca görünürəm"

3 Mart 21:49 İtaliya 318
"Özümü böyük və güclü hiss edirəm, amma burada balaca görünürəm"

“Milan”nın hücumçusu Zlatan İbrahimoviç müsiqi festivalına qatılıb.

Sportinfo.az xəbər verir ki, Zlatan Milanda keçirilən San-Remo festivalında iştirak edib.

O, yenə də emosional açıqlamalar verib: “Burda olmaq mənim üçün şərəfdir, necə ki, mənim burada olmağım da sizin üçün.

Adətən, mən özümü böyük və güclü hiss edirəm. Amma burada balaca görünürəm. Bütün hallarda sizdən böyük və güclüyəm.

Konkursun qaydaları? Festivalda 22 musiqiçi iştirak etməlidir. 11 nəfər 11 nəfərə qarşı. Başqa cür ədalətsiz olardı. Amma mənə deyiblər ki, 26 musiqiçi iştirak edir.

O artıq 4 nəfəri “Liverpul”a göndərmək lazımdır. Onlar futbolçu axtarırlar. Alınmasa, onları uşaq baxçasına göndərin, özüm təlim keçəcəm.

İkinci iradım səhnə ilə bağlıdır. Bu səhnə mənim üçün çox kiçikdir. Mənə 105/68 metr ölçülü səhnə lazımdır. “San-Siro”nun sahəsi qədər.

Qətiyyən həyəcanlanmayın, nə qədər ki, Zlatan buradadır, hər şey yaxşı olacaq. Zlatan festivalı 90 dəqiqə çəkəcək. Bu səhnədə hamıdan yaxşı olacam. Nəinki bu gecə, həmişə”.

Xəbər Lenti
22 Aprel 18:40 Kərim Ronaldonu ötdü