Məşhur türklə razılaşdılar, müqaviləni uzadırlar

3 Mart 2021 15:40 İtaliya 808
Məşhur türklə razılaşdılar, müqaviləni uzadırlar

Böyük ehtimalla, Hakan Çalhanoğlu “Milan”la yeni müqavilə bağlayacaq.

Sportinfo.az xəbər verir ki, bu yöndə aparılan danışıqlarda irəliləyiş olduğu bildirilir.

27 yaşlı türk futbolçu ilə klub rəhbərliyi arasında gedən müzakirələr müsbət nəticələnib.

Hakan son danışıqları “Milan”ın idman direktoru ilə aparıb. Maraqlıdır ki, bu danışıqlarda onun agenti iştirak etməyib.

Bundan sonra bəzi kiçik detalların razılaşdırılması qalır. Onlarla bağlı da razılıq əldə edildikdən sonra rəsmi açıqlama veriləcəyi gözlənilir.

Hakan “Milan”da 2017-ci ildən çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti