"Milan" Çalhanoğlu ilə razılaşa bilmir – 1,5 milyona görə

19 Fevral 2021 00:28 İtaliya 688
"Milan" Çalhanoğlu ilə razılaşa bilmir – 1,5 milyona görə

"Milan"ın futbolçusu Hakan Çalhanoğlunun klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Sportinfo.az xəbər verir ki, A seriyası təmsilçisi 27 yaşlı yarımmüdafiəçini uzun müddət heyətində saxlamaq istəyir və ona yeni müqavilə təklif edib.

Lakin klub türk əsilli alman futbolçu ilə razılaşa bilmir. O, "Milan"dan rəhbərliyin təklif etdiyindən (4 milyon avro) daha çox - 5,5 milyon avro yələb edir.

Hakanın hazırkı sözləşməsinin müddəti isə 2021-ci ilin yayına qədərdir. Çalhanoğlu bu mövsüm 19 matça çıxaraq, 1 qol vurub və 9 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti