“Cari mövsümün ilk layiqli məğlubiyyətini yaşadıq”

14 Fevral 2021 22:00 İtaliya 574
“Cari mövsümün ilk layiqli məğlubiyyətini yaşadıq”

İtaliya A Seriyasının 22-ci turu çərçivəsində “Spetsiya”ya 0:2 hesabı ilə məğlub olan “Milan”ın baş məşqçisi Stefano Pioli açıqlama verib.

Sportinffo.az xəbər verir ki, “qırmızı-qaralar”ın məğlubiyyəti haqda danışan Pioli, bunları deyib:

“Komanda keyfiyyətini kifayət qədər göstərə bilmədik. Bu səbəblə, rəqib üstünlük qazandı və qalib gəldi. Cari mövsümün ilk layiqli məğlubiyyətini yaşadıq.

Bu oyun hamımız üçün vacib dərs olacaq. Performansımızı bəlli bir səviyyədə göstərməsək, bu şəkildə məğlub olacağımızı bilirik.

Oyunboyu mübarizə apardıq, mənim seçimlərim, futbolçuların fərdi performansı da işə yaramadı. “Milan” belə komanda deyil, qarşıdakı həftələrdə bunu sübut etməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti