"Yalnız axmaqlar inkişafımızın fərqində deyil" - HİRSLƏNDİ

14 Fevral 2021 18:40 İtaliya 708
"Yalnız axmaqlar inkişafımızın fərqində deyil" - HİRSLƏNDİ

"İnter"in baş məşqçisi Antonio Konte komandasının hazırkı durumundan danışıb.

Sportinfol.az xəbər verir ki, 51 yaşlı mütəxəssis bunları deyib:

"Çalışırıq. Amma hələ istədiyimiz formada deyilik. Növbəti matç- "Latsio" ilə oyun bizim üçün çox vacibdir.

Mən baş məşqçi təyin olunandan sonra "İnter" nüfuzunu bərpa etdi. Hazırda olduğumuz yer təsadüfi deyil. Yalnız axmaqlar inkişafımızın fərqində deyil. Amma rəqiblərimiz bunu görür və bizə çox hörmət edirlər".

Digərlərindən 1 matç az keçirən "İnter" 47 xalla turnir cədvəlində 2-cidir. Komanda bu gün "Latsio"nu məğlub edərsə, liderliyi "Milan"dan alacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti