İbrahimoviç 10 oyunluq diskvalifikasiya olunacaq?

31 Yanvar 2021 01:24 İtaliya 819
İbrahimoviç 10 oyunluq diskvalifikasiya olunacaq?

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç sərt cəza ala bilər.

Sportinfo.az xəbər verir ki, isveçli hücumçunun "İnter"lə kubok qarşılaşmasında (1:2) rəqib komandanın forvardı Romelu Lukakuya qarşı irqçi ifadələr işlətməsi təsdiqlənərsə, onu 10 oyunluq diskvalifikasiya gözləyir.

Hər iki futbolçu sözügedən görüşdə bir-birini təhqir etdikləri üçün artıq 1 matçlıq cəzalanıblar.

1/4 finalda "Milan"ı mübarizədən kənarlaşdıran "İnter" yarımfinalda "Yuventus"a rəqib olub.

Digər Xəbərlər
Xəbər Lenti