“Yuventus”da daha bir futbolçu koronavirusa yoluxdu

9 Yanvar 2021 00:00 İtaliya 471
“Yuventus”da daha bir futbolçu koronavirusa yoluxdu

“Yuventus”un daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Turun klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə kollektivdən növbəti dəfə Covid-19 testinin götürüldüyü diqqətə çatdırılıb. Komanda üzvlərindən müdafiəçi Matteys de Liqtin testi pozitiv çıxıb. O, dərhal karantinə alınıb.

Daha öncə “Yuventus”da Aleks Sandro və Xuan Kuadradoda da koronavirus aşkarlanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti