Məşhur ailənin 1000-ci oyunu

7 Yanvar 2021 21:40 İtaliya 510
Məşhur ailənin 1000-ci oyunu

A seriyasının 16-cı turunda “Yuventus”la görüş (1:3) “Milan”ın gənc yarımmüdafiəçisi Daniel Maldininin çempionatda 6-cı matçı olub.

Sportinfo.az xəbər verir ki, bununla da Maldini ailəsinin ümumilikdə “Milan”la A seriyasında keçirdiyi oyun sayı 1000-ə çatıb.

Danielin atası, hazırda klubun idman direktoru vəzifəsində çalışan Paulo Maldini (1984-2009) “qırmızı-qaralar”la A seriyasında 647, Paulonun atası Çesare Maldini isə (1954-1966) çempionatda 347 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti