Adı "Barselona" ilə hallanan Memfis Depaya daha bir müştəri tapılıb. "Yuventus" "Lion"un hücumçusunu heyətinə qatmaq istəyir.
Sportinfo.az xəbər verir ki, Turin klubu "barselona"dan daha yüksək təklif irəli sürməyi planlaşdırır.
"Lion" isə mövsümün sonunda müqaviləsi başa çatacaq oyunçunu qışda satmağa razıdır.
Depay bu mövsüm 16 oyunda 8 qol vurub, 4 assist edib.

