Koronavirusa yoluxduğu üçün ötən ay xəstəxanaya yerləşdirilmiş İtaliya millisinin sabiq futbolçusu Mauro Belluci xoşagəlməz hadisə ilə üzləşib.
Sportinfo.az xəbər verir ki, 70 yaşlı veteran müdafiəçinin hər iki ayağı amputasiya olunub.
Bunun infeksiyadan qaynaqlanan fəsadlara görə baş verdiyi bildirilib.
Belluci "İnter"in heyətində 1970/1971 mövsümündə İtaliya A Seriyasının qalibi olub. "Bolonya" və "Napoli" klublarında çıxış etmiş keçmiş futbolçu 32 oyunda yığmanın formasını geyinib. Bunlardan 5-i 1978-ci ildəki dünya çempionatına təsadüf edib.

