"Napoli"nin "Yuventus"a texniki məğlubiyyəti ləğv edildi

23 Dekabr 2020 00:14 İtaliya 776
"Napoli"nin "Yuventus"a texniki məğlubiyyəti ləğv edildi

"Napoli"nin texniki məğlubiyyəti ləğv edilib.

Sportinfo.az xəbər verir ki, İtaliya Olimpiya Komitəsi klubun apelyasiya şikayətini təmin edib.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Koronavirusa kütləvi yoluxma səbəbindən 4-cü turda "Yuventus"la oyun üçün səfərə gedə bilməyən Neapol təmsilçisinə texniki məğlubiyyət verilmişdi.

İtaliya İdman Arbitraj Məhkəməsi federasiyanın 0:3 hesablı texniki məğlubiyyət qərarını ləğv edib. Cennaro Qattuzonun komandasının Turin klubu ilə oyunu keçiriləcək.

Qarşılaşmanın yeni tarixi barədə yaxın müddətdə məlumat veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti