"O, təzyiq altında özünü rahat hiss edir" - İbrahimoviçi çətirə bənzətdi

20 Dekabr 2020 15:20 İtaliya 648
"O, təzyiq altında özünü rahat hiss edir" - İbrahimoviçi çətirə bənzətdi

"Milan"ın baş direktoru İvan Qazidis komandanın hücumçusu Zlatan İbrahimoviç haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, isveçli oyunçunu çətirə bənzədib:

“Zlatanın özünü lider kimi göstərməsinə sevinirəm. Hər kəs üçün bir çətir kimidir. Təzyiq altında özünü rahat hiss edir və gənclərin səviyyələrini yüksəltmələrinə kömək edir. Zlatan Bencamin Button kimidir, cavanlaşmağa davam edir".

İbrahimoviç bu mövsüm "Milan"da 10 matçda 11 qol və 2 qolun ötürməsini verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti