“Milan” türk müdafiəçiyə 23-25 milyon ödəməyə hazırdır

19 Dekabr 2020 15:40 İtaliya 1 657
“Milan” türk müdafiəçiyə 23-25 milyon ödəməyə hazırdır

“Milan” "Şalke”nin futbolçusu Ozan Kabakla danışıq aparır.

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbərdə 20 yaşlı müdafiəçinin qışda “Milan”a keçə biləcəyi bildirilib. Ozanla “Yuventus” da yaxından maraqlanır, lakin müdafiəçi daimi əsas heyətdə oynamaq üçün “Milan”a üstünlük verir.

Türk futbolçunun “qırmızı-qaralar”a keçidinin 23-25 milyon avro qarşılığında reallaşacağı gözlənilir.

2019-cu ilin yayından “Şalke”də çıxış edən Ozan, bu mövsüm Bundesliqada 7 oyuna çıxıb. Müdafiəçi Türkiyə millisində də 6 oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti