“Futbolçularım səhər yuxudan oyanıb, mənim şəklimə tüpürür”

14 Dekabr 2020 16:40 İtaliya 1 102
“Futbolçularım səhər yuxudan oyanıb, mənim şəklimə tüpürür”

“Napoli”nin baş məşqçisi Cennaro Qattuzo A seriyasının 11-ci turunda keçirilən “Sampdoriya” ilə oyundan (2:1) sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın 68-ci dəqiqəsində “Napoli”nin hücumçusu Andre Petanya qələbə qolunu vurduqdan sonra sevincini baş məşqçi ilə bölüşüb.

Qattuzo futbolçularla münasibəti haqda da danışıb: “Hesab edirəm ki, futbolçularım hərdən məni sevirlər. Amma yəqin ki, hərdən səhərlər duranda ilk işləri də mənim şəklimə tüpürmək olur.

Mən özüm də futbolçu olmuşam və heç vaxt haqsızlığa dözməmişəm. Futbolçularıma yalan danışmıram, həmişə həqiqəti söyləyirəm. Düşünürəm ki, onlar da bunu qiymətləndirirlər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti