“Poqbanın transferi çox bahalı olacaq” – "Yuventus” rəsmisi

10 Dekabr 2020 18:40 İtaliya 851
“Poqbanın transferi çox bahalı olacaq” –

"Yuventus”un idman direktoru Fabio Paratiçi “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi,“qırmızı şeytanlar”dakı gələcəyi müzakirə olunan futbolçunun “qoca sinyora”ya mümkün qayıdışına toxunub:

“Bu, doğru zamanda verilən sual deyil. Poqbanın transferi çox bahalı olacaq. Onu sevirik, əla futbolçu olduğunu bilirik, amma o, hazırda “Mançester Yunayted”dədir”.

Fransalı futbolçu 2012-2016-cı illərdə “Yuventus”un şərəfini qoruyub. Onun “Mançester Yunayted”lə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti