Qalmaqalları ilə məşhur hücumçu yeni klub tapdı

9 Dekabr 2020 02:39 İtaliya 1 193
Qalmaqalları ilə məşhur hücumçu yeni klub tapdı

İtaliya millisinin sabiq hücumçusu Mario Balotellinin yeni klubu rəsmən müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu bundan sonra B Seriyası təmsilçisi “Monza”nın uğurları üçün çalışacaq.

Bu barədə İtaliya klubunun saytı məlumat yayıb. O, yeni klubuna azad agent kimi keçib. Balotelli ilə 2021-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Balotelli ötən mövsüm A Seriyası təmsilçisi “Breşiya”da oynayıb. O, 2019/20 mövsümündə İtaliya çempionatının 19 matçında 5 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti