“Təəssüf ki, bu, Messinin “Barselona”da son mövsümü olacaq”

22 Noyabr 2020 01:10 İspaniya 960
“Təəssüf ki, bu, Messinin “Barselona”da son mövsümü olacaq”

“Barselona”nın sabiq futbolçusu Rivaldo komandanın hücumçusu Lionel Messinin gələcəyi ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, mövsümün sonunda Messinin Kataloniya klubundan ayrılacağını bildirib:

“Barselona”nın Messi ilə yeni müqavilə üçün razılığa gəlməsi çətin görünür. Messi digər klublardan daha yaxşı təkliflər alacaq.

Klub rəhbərliyinin onu bu qərardan necə döndərəcəyini düşünə bilmirəm. Məncə, bu mövsüm La Liqanı və Çempionlar Liqasını qazanmaq Messini fikrindən döndərə bilər.

“Barsa”nın Messini saxlamaq üçün lazım olan maliyyəsi yoxdur. Təəssüf ki, bu, Messinin “Barselona”dakı son mövsümü olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!