“Mənimlə, İnyesta ilə əlaqəsi yoxdur, o, tamamilə fərqlidir”

20 Noyabr 2020 18:40 İspaniya 479
“Mənimlə, İnyesta ilə əlaqəsi yoxdur, o, tamamilə fərqlidir”

“Barselona”nın keçmiş futbolçusu Xavi komandanın hazırkı üzvü Frenki de Yonqla bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, sosial şəbəkə hesabında danışan sabiq futbolçu, de Yonqu yüksək qiymətləndirib:

“Barselona”nın de Yonqla müqavilə imzaladığını biləndə, çox sevindim. “Barselona”dakı futbolçuların mükəmməl bir səviyyədə olması lazımdır, əks halda hər zaman tənqid olacaq.

Həmçinin belə fərqli kluba uyğunlaşmaq üçün zamana ehtiyac olur. De Yonqun mənimlə, Andres İnyesta ilə əlaqəsi yoxdur, o, tamamilə fərqlidir.

O, çox istedadlıdır. Frenkinin “Barselona”da bir dövr yarada biləcək futbolçu olduğunu düşünürəm”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!