AFFA İspaniyada «Albatese»nin formasını geyinən Eddi İsrafilovun xidmətindən imtina edib.
Sportinfo.az-ın məlumatına görə, federasiya milliləşdirilən futbolçunun yığmaya çağırmamağı qərara alıb.
Bu məsələ komandanın baş məşqçisi Canni De Byazi ilə razılaşdırılıb.
Əslində, son qərar italyan mütəxəssisin ürəyincə olub.
Axı o, əcnəbi mənşəli oyunçuların Azərbaycan millisində çıxış etməsinə müsbət yanaşmır və bu barədə fikrini AFFA rəsmiləri ilə söhbətlərində dönə-dönə vurğulayıb. Apenninli çalışdırıcı bildirib ki, onları yalnız pul düşündürür, bu isə yerlilərdə qıcıq yaradır.
AFFA-nı İsrafilovun koronavirus pandemiyasını bəhanə göstərərək, UEFA Millətlər Liqasının Lüksemburqla ev, Kiprlə səfərdə keçirilən oyunlarına gəlməməsi hiddətləndirməyib.
Qurumu buna vadar edən onun son günlər Qarabağda başlyan müharibəyə səssiz qalması, erməni vəhşiliyinə münasibət bildirməməsidir, AFFA başa düşür ki, atası toqolu, anası azərbaycanlı olan futbolçunu yaxınlarda milliəyə çağırsa, bu, ictimaiyyət tərəfindən çox pis qarşılanacaq.

