“Barselona” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi “Ayaks”dan Serjino Desti transfer etməyə yaxındır.
Amerikalı müdafiəçi artıq İspaniyaya gəlib. Onun Kataloniya təmsilçisi ilə 5 illik müqavilə imzalayacağı gözlənilir. “Barselona” 19 yaşlı futbolçunun keçidini yaxın zamanda açıqlayacaq.
“Ayaks” futbolçusunun satışından 20 milyon avro qazanacaq. Amsterdam təmsilçisinin yetirməsi olan futbolçu 2019-cu ildən əsas komandada çıxış edir.
Onun klubla müqaviləsi 2022-ci ilin yayında başa çatır.

