"Barselona" 2 ulduz hücumçunu almaqdan imtina etdi

26 Sentyabr 2020 14:22 İspaniya 509
"Barselona" 2 ulduz hücumçunu almaqdan imtina etdi

"Roma"dan Edin Ceko və PSJ-dən ayrılan Edinson Kavani "Barselona"ya təklif olunub.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi hər iki hücumçudan imtina edib.

Onlar klubun heyəti cavanlaşdırmaq və yeniləmək siyasətinə uyğun gəlməyib. "Barselona" oktyabrın 5-də transfer dönəmi bağlanmazdan əvvəl futbolçu satmayacağı təqdirdə, heç kimi almayacaq.

Kataloniyalıların əsas hücumçusu Luis Suares "Atletiko"ya keçib. Edinson Kavani hazırda azad agentdir. Edin Cekonun "Roma" ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!