“Messinin “Barselona”dan getməsinə icazə verə bilmədim”

21 Sentyabr 2020 20:40 İspaniya 855
“Messinin “Barselona”dan getməsinə icazə verə bilmədim”

“Barselona” klubunun prezidenti Jozep Maria Bartomeu Lionel Messinin komandadan ayrılması ehtimalından danışıb.

Sportinfo.az xəbər verir ki, TV3-ə danışan 57 yaşlı futbol funksioneri, Messi ilə bir daha mübahisə etməyəcəyini deyib:

“Mən heç vaxt Messi ilə mübahisə etməyəcəm. Onunla aramızda olan məsələ artıq həll olunub. Messinin “Barselona”dan getməsinə icazə verə bilmədim.

O hələ də bizimlə olduğu üçün azarkeşləri təbrik etməliyik. Messi yeni baş məşqçimiz Ronald Kumandan məmnundur və bu da əhəmiyyətlidir. Messi “Barselona”da oynamağa davam edəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!