"Mən Messini transfer etməyə çalışmamışam" - Qvardiola

19 Sentyabr 2020 00:00 İspaniya 638
"Mən Messini transfer etməyə çalışmamışam" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"nın futbolçusu Lionel Messi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, argentinalı hücumçunu "Barselona" rəhbərliyi ilə problem yaşadığı vaxt transfer etməyi düşünmədiyini deyib:

"Messini transfer etməyə çalışmadım. Çünki bizim o mövqedə yetərli oyunçularımız var. Messi ilə bağlı söyləməli olduğum bir şey yoxdur. Leo özünü çox yaxşı ifadə etdi.

O, mənim sevdiyim komanda olan "Barselona"nın oyunçusudur. Messinin gələcək üçün planlarının nə olduğunu bilmirəm. Mən "Barselona"da belə oyunçularla çalışdığım üçün şanslıyam".

Messi bu ay "Barselona"dan ayrılmaq istəsə də, klub rəhbərliyi onunla müqaviləni ləğv etməmişdi. 33 yaşlı oyunçunu "Mançester Siti"nin transfer etmək istədiyi iddia olunurdu.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda