Beyl 1 il icarə əsasında paytaxt klubunda çıxış edəcək

18 Sentyabr 17:38 İspaniya 329
Beyl 1 il icarə əsasında paytaxt klubunda çıxış edəcək

“Real”ın yarımmüdafiəçisi Qaret Beylin yeni komandası müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə futbolçunun agenti Jonatan Barnett məlumat verib.

O bildirib ki, uelsli oyunçu “Tottenhem” klubu ilə razılığa gəlib. Beyl bir il icarə əsasında London təmsilçisində çıxış edəcək. Transferin yaxın vaxtda rəsmən açıqlanması gözlənilir.

31 yaşlı yarımmüdafiəçinin maaşının yarısını Madrid klubu ödəyəcək. Beyl 2007-20013-cü illərdə “Tottenhem”də çıxış edib.

Xəbər Lenti
26 Oktyabr 17:52 “Sabah”da 15 oldu - FOTO
26 Oktyabr 16:28 Messi Ronaldonu istəyir