Kamran Serbiyada Dünya Kubokunun qalibi oldu

28 İyul 03:40 Atıcılıq 390
Kamran Serbiyada Dünya Kubokunun qalibi oldu

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunun qalibi olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dünya və Avropa çempionu 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) növündə keçirilən final yarışında 222 xal toplayaraq qızıl medala sahib çıxıb.

Bununla da Kamran Zeynalov Dünya Kubokunun qızıl medalını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
11 Sentyabr 18:10 Çək və bizə göndər!
11 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM