Yığmanın üzvləri dünya çempionatına Bakıda hazırlaşır

22 Avqust 05:10 Atıcılıq 405
Yığmanın üzvləri dünya çempionatına Bakıda hazırlaşır

Azərbaycanın paragüllə atıcılığı üzrə millisinin üzvləri Cənubi Koreyada keçiriləcək dünya çempionatına hazırlığı Bakıda davam etdirirlər.

Sportinfo.az Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, Kamran Zeynalov, Rafiq Əliyev və Aybəniz Babayeva baş məşqçi Əfqan Əhmədovun rəhbərliyi ilə Bakı Atıcılıq Mərkəzində təlim-məşq toplanışındadırlar.

Avqustun 12-də başlayan hazırlıq prosesi 31-dək davam edəcək.

Dünya çempionatı sentyabrın 7–16-da Cənubi Koreyanın Çanqvon şəhərində təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR