Təmsilçimiz Avropa Kubokunda qızıl qazandı

07:20 Atıcılıq 80
Təmsilçimiz Avropa Kubokunda qızıl qazandı

Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunev Estoniyanın Männiku şəhərində keçirilən "Lapua" Avropa Kubokunda növbəti möhtəşəm uğura imza atıb.

Sportinfo.az xəbər verir ki, atıcımız 25 metr mərkəzi atəş açma növü üzrə keçirilən yarışda yüksək nəticə göstərərək qızıl medal qazanıb.

Ruslan Lunev təsnifat mərhələsində 583 xal toplayaraq bütün rəqiblərini geridə qoyub, birinci yeri tutub və Azərbaycan bayrağını fəxri kürsünün ən yüksək pilləsində dalğalandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 20:00 Çək və bizə göndər!