Ölkə kuboku keçiriləcək

03:30 Atıcılıq 54
Ölkə kuboku keçiriləcək

Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək.

Sportinfo.az Azərbaycan Atıcılıq Federasiyasına istinadən xəbər verir ki, yarışda ölkənin ən güclü və sərrast atıcıları bir araya gələcək.

Turnirdə idmançılar böyüklər və U-21 gənclər kateqoriyaları üzrə stend atıcılığının dairəvi (Skeet) və səngər (Trap) növlərində mübarizə aparacaqlar.

Yarış iştirakçıları fərdi və komanda hesabında qalibləri müəyyənləşdirmək üçün hədəfləri nişan alacaqlar. Final mərhələləri isə Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) son yenilənmiş qaydalarına uyğun keçiriləcək.

Turnir iyunun 2-dən 6-dək Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 May 03:40 Batumidə 5 medal