Premyer Liqa klubu Koutinyonu almaq istəyir

10 Sentyabr 2020 17:24 İspaniya 891
Premyer Liqa klubu Koutinyonu almaq istəyir

“Barselona”nın futbolçusu Filipp Koutinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Sportinjfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin xidmətində “Mançester Yunayted” maraqlıdı.

Mövsümü icarə əsasında "Bavariya"da keçirən futbolçu yenidən Katloniya klubuna qayıdıb. Yarımmüdafiəçinin daha öncə "Barselona"dan ayrılacağı deyilsə də, baş məşqçi Ronald Kuman onu heyətdə saxlamaq niyyətindədi.

Karyerası ilə bağlı yekun qərarı Koutinyonun özünün verəcəyi bildirilir. Braziliyalı ötən mövsüm Münxen klubunda 24 oyunda 6 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti