“Real” aparıcı yarımmüdafiəçisini itirdi

10 Sentyabr 2020 01:24 İspaniya 991
“Real” aparıcı yarımmüdafiəçisini itirdi

Yeni mövsümə hazırlığını davam etdirən “Real” ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, “kral klubu”nun yarımmüdafiəçisi İsko zədələnib.

Son məşqlərin birində futbolçunun ayaq biləyi çıxıb. Onun La Liqanın ikinci turu çərçivəsində sentyabrın 20-də keçiriləcək “Real Sosyedad”la oyunu buraxacağı deyilir.

“Real”ın yeni mövsümün ilk turundakı “Xetafe” ilə ev matçı da təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!