“Barselona” hansı komandanı özünə rəqib seçdi?

7 Sentyabr 2020 13:26 İspaniya 693
“Barselona” hansı komandanı özünə rəqib seçdi?

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Barselona” klubu yoxlama oyunu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Ronald Kumanın rəhbərlik etdiyi komanda “Jirona” ilə qarşılaşacaq.

Görüş sentyabrın 16-da keçiriləcək. Sequnda təmsilçisi “Jirona” ilə matç Kataloniya komandasının yeni baş məşqçisi Ronald Kuman üçün debüt oyunu olacaq.

“Barselona” son mövsümdə La Liqanı 2-ci sırada bitirib. İspaniya çempionatında yeni mövsümə sentyabrın 11-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!