"Barselona" Koutinyo ilə bağlı yekun qərar verdi

7 Sentyabr 2020 09:42 İspaniya 1 183
"Barselona" Koutinyo ilə bağlı yekun qərar verdi

"Barselona" yarımmüdafiəçisi Filippe Koutinyo barədə yekun qərarını verib.

Sportinfo.az xəbər verir ki, "Bavariya"dan icarədən qayıdan braziliyalı futbolçu başqa kluba göndərilməyəcək.

Kataloniya təmsilçisi 28 yaşlı futbolçunu icarəyə verməyəcək. Hollandiyalı yeni baş məşqçi Ronald Kuman "sambaçı"nı oynatmağı düşünür. Qeyd olunub ki, klub onu yalnız 120 milyon avroya satmağa razılıq verə bilər.

Koutinyo ötən mövsüm "Bavariya"da həm Bundesliqanın, həm Almaniya kubokunun, həm də Çempionlar Liqasının (ÇL) qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti