Suares "Barselona"dan təzminat tələb edir

6 Sentyabr 2020 22:40 İspaniya 754
Suares "Barselona"dan təzminat tələb edir

“Barselona”nın yollarını ayıracağı gözlənilən futbolçuları Arturo Vidal və Luis Suares klubdan müqaviləyə xitam vermək üçün ödəniş tələb edirlər.

Sportinfo.az xəbər verir ki, L.Suares Kataloniya təmsilçisinə onu komandanın heyətində saxlamaqdan imtina etdiyinə görə qəzəblidir.

33 yaşlı hücumçu müqaviləni ləğvi üçün klubdan 14 milyon avro təzminat istəyir.

Bundan əlavə Arturo Vidal da “Barselona”nı tərk etməyə hazırdır. Lakin 33 yaşlı yarımmüdafiəçi La Liqa təmsilçisindən müqaviləyə xitam veriləcəyi təqdirdə maaşının əlavə 1 il də ödənilməsini tələb edir.

Yeni baş məşqçi Ronald Kuman hər iki oyunçuya onları yeni mövsümdə komandanın heyətində düşünmədiyini bildirmişdi. L.Suares “Yuventus”la, A.Vidal isə “İnter”lə razılaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!