Messi "Barselona"da bu işi də gördü: Testi bazada yox, evdə verdi

6 Sentyabr 2020 19:40 İspaniya 1 352
Messi "Barselona"da bu işi də gördü: Testi bazada yox, evdə verdi

“Barselona”nın kapitanı Lionel Messi evdə koronavirus testindən keçib.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçudan götürülən test nümunələrinin nəticəsi neqativ çıxarsa, o, sabahdan etibarən komanda ilə məşqlərə qatılacaq.

33 yaşlı oyunçu Kataloniya təmsilçisindən ayrılmaq istədiyinə görə ötən həftə testdən keçmək üçün klubun bazasına getməmişdi. Lakin Messi dünən daha 1 il “Barselona”da qalacağını açıqlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti