“Barselona”nın kapitanı Lionel Messi komandasında qalacağını qətiləşdirib.
Sportinfo.az xəbər verir ki, argentinalı ulduz bununla bağlı bəyanat hazırlayıb.
Gün ərzində mətbuata yayılması gözlənilən mətndə 33 yaşlı oyunçu daha bir il Kataloniya klubunun formasını geyinəcəyini yazıb. Həmin bəyanat artıq La Liqa rəhbərliyinə də göndərilib.
Superulduz 2021-ci ilin yayında azad agent kimi başqa kluba keçməyi planlaşdırır. Lionel Messi “Barselona”dan ayrılmaq istəsə də, klubun 700 milyon avroluq təzminat tələbi səbəbindən fikrini dəyişməli olub.

