Messi "Barselona" ilə bağlı son qərarını bu gün verəcək

3 Sentyabr 2020 10:38 İspaniya 863
Messi "Barselona" ilə bağlı son qərarını bu gün verəcək

"Barselona"nın ulduzu Lionel Messinin karyerasını harada davam etdirəcəyi ilə bağlı təfərrüatlar bəlli olub.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçunun 2021-ci ilin yayınadək Kataloniya komandasında qalma ehtimalı 90 faizdir.

Nəşrin yazdığına görə, bu gün Messinin klubdakı taleyi üçün həlledici olacaq. Britaniya mətbuatı Lionel Messinin "Mançester Siti" ilə anlaşdığını yazıb.

Hücumçu 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla, 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti