"Fənərbaxça"dan "Hannover"ə keçir

2 Sentyabr 2020 19:16 İspaniya 1 159
"Fənərbaxça"dan "Hannover"ə keçir

"Fənərbaxça" yarımmüdafiəçisi Tolqay Arslanla yollarını ayırmağa qərar verib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi türkiyəli futbolçunun müqaviləsini qarşılıqlı razılıq əsasında pozacaq.

30 yaşlı futbolçu Almaniyanın "Hannover" klubu ilə danışıqlar aparır. II Bundesliqa təmsilçisinin baş məşqçisi Kənan Koçakın tələbi ilə transferin növbəti həftə rəsmiləşəcəyi gözlənilir.

2019-cu ilin yanvarında "Beşiktaş"dan "Fənərbaxça"ya keçən Tolqay "sarı-lacıvərdli" formada keçirdiyi 33 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti