Messi "Mançester Siti" ilə müqavilə şərtlərini razılaşdırdı

2 Sentyabr 2020 18:48 İspaniya 1 792
Messi "Mançester Siti" ilə müqavilə şərtlərini razılaşdırdı

"Barselona"dan ayrılmaq istəyən Lionel Messi "Mançester Siti" ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb.

Sportinfo.az xəbər verir ki, tərəflər 5 illik müqavilə və ümumilikdə 700 milyon avro məvacib qarşılığında anlaşıblar.

İddiaya görə, argentinalı futbolçuya qismən ödəniş kimi klubu idarə edən "City Football Group" şirkətində müəyyən hissə təklif olunub..

Messi 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti