"Barselona"ya 10,5 milyon təzminat ödədi, transfer etdi

2 Sentyabr 2020 01:52 İspaniya 1 005
"Barselona"ya 10,5 milyon təzminat ödədi, transfer etdi

"Sevilya" "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiçi transfer edib.

Sportinfo.az xəbər verir ki, Əndəlüsiya təmsilçisi 32 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıb.

La Liqa klubu bu keçid üçün katalonlara 10,5 milyon avro təzminat ödəyib.

Rakitiç 2014-cü ildə "Sevilya"dan "Barselona"ya 18 milyon avro qarşılığında keçmişdi. Xorvatiyalı futbolçu ötən mövsüm 42 oyunda 1 qol vurub, 5 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti