Yığmanın hücumçusunda koronavirus aşkarlandı - FOTO

31 Avqust 2020 11:06 İspaniya 1 051
Yığmanın hücumçusunda koronavirus aşkarlandı - FOTO

İspaniya millisinin və “Real Sosyedad”ın hücumçusu Mikel Oyarzabalda koronavirus aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İspaniya Futbol Federasiyasının yaydığı açıqlamada UEFA Millətlər Liqasıbda Almaniya (3 sentyabr) və Ukrayna (6 sentyabr) ilə oyunlara dəvət alan Oyarzabalın millinin heyətindən kənarlaşdırıldığı, onun əvəzində “Vilyarreal”dan Jerar Morenoya dəvət göndərildiyi bildirilib.

Bir müddət öncə “Real Sosyedad”da Arits Elustondo və daha iki klub işçisində də koronavirus aşkarlanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!