Messi “Barselona”nın bazasına getmədi - Məşqə də çıxmayacaq

30 Avqust 2020 16:20 İspaniya 1 950
Messi “Barselona”nın bazasına getmədi - Məşqə də çıxmayacaq

“Barselona”dan ayrılacağı gözlənilən kapitan Lionel Messi bu gün koronavirus testindən keçmək üçün bazaya getməyib.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisinin bütün futbolçuları test nümunələri götürülməsi üçün bu gün yerli vaxtla 08:00 – 12:00 aralığında klubun bazasında olmalı idi.

Argentinalı hücumçu saat 10:15-dək testdən keçməli olsa da, o, klubun bazasına gəlməyib. Bildirilir ki, 33 yaşlı oyunçu komandanın məşqlərinə də qatılmağı planlaşdırmır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!