“Real”ın futbolçusu Oskar Rodriges karyerasını “Sevilya”da davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə "Sevilya"nın rəsmi saytı məlumat yayıb.
Avropa Liqasının son qalibi 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Bu transferə görə "Sevilya" Madrid klubuna 15 milyon avro ödəyib.
“Real”ın yetirməsi olan Oskar əsas komandada debüt etməyib. O, son iki mövsümü icarə əsasında “Leqanes”də keçirib.

