"Barselona"nın prezidenti Messidən imtina etdi - PULA GÖRƏ

29 Avqust 2020 00:56 İspaniya 1 573
"Barselona"nın prezidenti Messidən imtina etdi - PULA GÖRƏ

"Barselona" rəhbərliyi komandanın kapitanı Lionel Messinin başqa komandaya keçə bilməsi üçün güzəştə getmək fikrində deyil.

Sportinfo.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Giyom Balaqe özünün sosial şəbəkədəki hesabında yazıb.

Onun sözlərinə görə, argentinalı futbolçu klubun prezidenti Jozep Mariya Bartomeu ilə görüşmək istəsə də, o, bundan imtina edib.

33 yaşlı hücumçunu komandanın "əsas silah"ı hesab edən rəhbərlik onun yalnız müqaviləsində qeyd olunmuş 700 milyon avroluq təzminat qarşılığında satıla biləcəyini vurğulayıb.

"Barselona"nın yetirməsi olan Messi 2003-cü ildən bu komandada çıxış edir. Onun İngiltərənin "Mançester Siti" klubuna keçəcəyi gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti