"Messi rəqabətdə canavar, fiziki baxımdam heyvan kimidir"

29 İyul 2020 13:12 İspaniya 1 299
"Messi rəqabətdə canavar, fiziki baxımdam heyvan kimidir"

“Barselona”nın əfsanəvi futbolçusu Xavi Ernandes komandanın kapitanı Lionel Messi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, hazırda “Əl-Sədd”in (Qətər) baş məşqçisi olan 40 yaşlı mütəxəssis argentinalı futbolçunun 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iştirak edəcəyinə əmin olduğunu deyib.

O, “Sizcə, Messi 35 yaşında dünya çempionatında iştirak edə biləcəkmi” sualını belə cavablandırıb:

“Mənə elə gəlir ki, Leo istədiyi qədər oynayacaq. Sürətli və güclüdür, rəqabət baxımından canavar, fiziki baxımdam heyvan kimidir. Onun DÇ-2022-də oynayacağına şübhə etmirəm”.

33 yaşlı Messi La Liqada başa çatan mövsümdə həm bombardirlər yarışında birinci olub, həm də ən çox qol ötürməsi müəllifidir. O, 25 qol, 21 məhsuldar ötürmə ilə hamını qabaqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti