Messi "Barselona"ya yeni baş məşqçi tapıb?

26 İyul 2020 16:40 İspaniya 3 691
Messi "Barselona"ya yeni baş məşqçi tapıb?

"Barselona"nın kapitanı Lionel Messi komandasına yeni baş məşqçi tapıb.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu bu vəzifəyə hazırda "Lids"i çalışdıran həmyerlisi Marselo Byelsanın təyin edilməsinin istəyir.

O, klub rəhbərliyindən hazırkı baş məşqçi Kike Setyeni göndərib, əvəzinə Byelsanın gətirilməsini xahiş edib. 65 yaşlı mütəxəssis Premyer Liqada çıxış edən "Lids"ə 2018-ci ildən baş məşqçilik edir.

Onun klubu ilə müqaviləsi iyulun 30-da başa çatır. Byelsa bu mövsüm "Lids"i Çempionşipdə qalib edərək Premyer Liqaya yüksəldib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!