Hücumçusu ilə müqavilənin müddətini uztadı

26 İyul 2020 15:40 İspaniya 733
Hücumçusu ilə müqavilənin müddətini uztadı

“Hueska” yaponiyalı hücumçusu Sindzi Okazaki ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı yaponiyalı futbolçu yeni müqaviləyə əsasən, növbəti mövsümün sonuna qədər “Hueska”nın uğurları üçün çalışmağa davam edəcək. O, 2019-cu ilin sentyabrından bu komandada çıxış edir.

Yaponiya yığmasında 119 oyun keçirib, 50 qol vurmuş Okazaki karyerası ərzində “Lester Siti, “Maynts”, “Ştutqart”, “Simidzu S-Pals” klublarının da şərəfini qoruyub.

Sequndada çıxış edən “Hueska” 2019/20 mövsümünün yekunlarına əsasən növbəti mövsümdən La Liqada mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!