"Barselona"nın müdafiəçisi Premyer Liqa yolunda

26 İyul 2020 01:38 İspaniya 1 030
"Barselona"nın müdafiəçisi Premyer Liqa yolunda

"Barselona"nın müdafiəçisi Samuel Umtiti karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri oyunçunun xidmətində maraqlıdırlar.

Məlumata görə, “Arsenal”, “Vest Xem” və “Everton” klubları fransalı müdafiəçini heyətində görmək istəyir. Umtiti “Barselona”da qalmaq istəsə də, komandan ayrıla bilər.

Belə ki, rəhbərliyin onun yüksək maaşından xilas olmaq üçün gələn təklifləri dəyərləndirəcəyi bildirilir. Futbolçunun Kataloniya klubu ilə 2023-cü ilə qədər müqaviləsi var. 26 yaşlı oyunçu cari mövsüm komandası ilə 18 oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti