"İnter" "Barselona"nın hücumçusu Lionel Messinin xidmətində maraqlıdır.
Sportinfo.az xəbər verir ki, "İnter" 2021-ci ildə Messinin transferi üçün addım ata bilər.
Rəhbərlik argentinalı futbolçunun transferi sayəsində sponsorların sayının arta biləcəyini və reklam gəlirlərinin yüksələcəyini təxmin edir. Bu səbəbdən "neradzurri" Leoya illik 50 milyon avro məvacib ödəməyə hazırdı.
Messinin atası bütün biznesini Milana köçürür. O, artıq şəhərdə özünə ev də alıb. Lakin bu məsələnin 33 yaşlı oyunçunun "İnter"ə mümkün transferi ilə əlaqəsi yoxdu. Xorxe Messi İspaniya vergi qanunvericiliyindən narazı olduğu üçün bu fikrə düşüb.
Leonun "Barsa"dakı vəziyyətdən narazı olduğuna dair xəbərlər gəzir. "İnter" yaranmış situasiyanı lehinə çevirməkdə qərarlıdı. Messinin müqaviləsi 2021-ci ilin yayında bitir. Tərəflər hələlik yeni sözləşməni razılaşdırmayıblar.

