Yığmamızın futbolçusu 19 nəfərlik "qara siyahı"ya düşdü

23 İyul 2020 12:30 İspaniya 803
Yığmamızın futbolçusu 19 nəfərlik "qara siyahı"ya düşdü

Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Albasete” yeni mövsüm üçün heyətdə dəyişikliklər etməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, hazırda komandada müqaviləsi davam edən 19 futbolçu var.

Məlumata görə, rəhbərlik oyunçulardan bəzilərini icarəyə vermək niyyətindədir. Müqaviləsi gələn mövsüm başa çatacaq futbolçuların bir neçəsi ilə yollar ayrıla bilər. Bununla yanaşı, heyətə yeni transferlər də cəlb ediləcək.

“Albasete” 22 komandanın mübarizə apardığı İspaniya Sequndasını 52 xalla 17-ci sırada tamamlayıb. İsrafilovun komandası ilə sözləşməsi 2023-cü ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti