La Liqa klubundan Soldado ilə yeni müqavilə

23 İyul 2020 01:38 İspaniya 1 063
La Liqa klubundan Soldado ilə yeni müqavilə

“Qranada” hücumçusu Roberto Soldado ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

35 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2020/21 mövsümünün sonuna qədər “Qranada”nın uğurları üçün çalışmağa davam edəcək.

Soldado 2019-cu ilin yayından formasını geyindiyi “Qranada”da 2019/20 mövsümü ərzində 39 oyuna çıxıb. O, bu oyunlarda 7 məhsuldar ötürmə müəllifi, eləcə də vurduğu 11 qolla komandanın bombardiri olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti